"İQNA", "Sputnik"-ə istinadən xəbər verir ki, Braziliyanın kənd təsərrüfatı nazirinin müavini ölkənin İslam ölkələrinə halal məhsul ixracının həcmini genişləndirmək planını açıqlayıb.
Braziliyanın kənd təsərrüfatı nazirinin müavini Flavio Petarlo bildirib: "Dünyanın ən böyük qəhvə, mal əti və soya kimi qida məhsulları ixracatçısı olan ölkəsi İslam ölkələrinə halal məhsulların ixracını artırmaq istəyir."
Petarloo vurğulayıb ki, Braziliyanın İƏT-ə üzv dövlətlərə ixracının təxminən yarısı yalnız beş ölkəyə gedir. Türkiyə, İran, İndoneziya, Səudiyyə Ərəbistanı və Banqladeş ən böyük idxalçılardır.