IQNA

Avropalı siyasətçilərin seçkilərdə islamofobiyadan istifadə etməsi

20:26 - December 08, 2021
Xəbər sayı: 3491337
Əl-Əzhərin Şeyxi, Fransa səfiri ilə görüşdə Avropada islamofobiyanın artması ilə bağlı narahatlığını bildirib və deyib: "Bəzi Avropa siyasətçiləri, zəif siyasi nəticələri olduğu və seçkilərdə qazana bilmələri üçün İslama qarşı təhqiramiz hücumlardan istifadə edirlər.

"İQNA", "Rusya Əl-yəvm"-ə istinadən xəbər verir ki, Əl-Əzhərin Şeyxi Əhməd Ət-Tayyib vurğulayıb ki, Əl-Əzhər ekstremizmə qarşı mübarizə, zorakılığı bir kənara qoymaq və terrorçu qrupların terror aktlarında güvəndiyi ekstremist ideyaları rədd etmək üçün böyük səylər göstərir.

O, Fransanın Misirdəki səfiri Mark Barritti ilə görüşərək, Əl-Əzhərin ekstremizmə qarşı mübarizədə böyük səylər göstərdiyini qeyd edib: "Şərqlə Qərb arasında dialoqun davam etdirilməsi, qarşılıqlı anlaşmanın gücləndirilməsi və hər iki tərəfin ekstremist qruplarının imkanlarından məhrum edilməsi üçün vacibdir. Çünki bu qruplar öz dağıdıcı məqsədlərinə çatmaq üçün Şərqlə Qərb arasında uçurum yaratmaq istəyirlər."

Əl-Əzhərin Şeyxi, zəif siyasi və seçki nailiyyətlərinə görə Avropada islamafobiya və İslama qarşı təhqiramiz hücumların artmasından narahatlığını ifadə edərək deyib: "Bu, açıq şəkildə nifrəti gücləndirəcək, Fransa və Avropada irqçilik və ayrı-seçkiliyin səviyyəsini artıracaq."

Digər tərəfdən, Fransa səfiri Əl-Əzhərin səylərini və İslam dünyasındakı yerini yüksək qiymətləndirərək deyib: "Əl-Əzhər son illərdə Fransaya qarşı törədilən terror aktlarını pisləyib. Əl-Əzhərin Şeyxi də, həmişə bu cür terror aktlarına qarşı olduğunu bəyan edib."

4019323

captcha