"İQNA", Türkiyə Xəbər Agentliyinə istinadən xəbər verir ki, bu mərasim, Türkiyənin Darul-İftasının nəzarəti altında Rizə vilayətindəki qapalı stadionlardan birində keçirilib. Bu mərasimdə Onlarla müəllim və məzunların ailələri iştirak edib.
Bu proqramda 149-u qadın olmaqla 571 Quran öyrənən məzun olub və Quranı bütünlüklə əzbərləyib.
Mərasimdə çıxış edən Türkiyə Diyanət İşləri Təşkilatının sədr müavini İbrahim Helmi Qarslı deyib: "Ərəb dilinin tədrisinin gücləndirilməsində Qurani-Kərim hafizlərinin böyük xidmətləri var. Həmçinin Qurana xidmət insanlığa, sülhə və mənəviyyata xidmətdir."
O, sonda vəhyin məfhumlarına əməl etməklə Quranı əzbərləmənin birlikdə olmasının əhəmiyyətini vurğulayıb.