IQNA

Arizona Universitetində Quranın yandırılması ilə bağlı bir şəxs saxlanılıb

18:22 - December 12, 2021
Xəbər sayı: 3491359
Arizona Universitetinin polisi, universitetdə islami kitabların və Quran nüsxələrinin cırılması və yandırılmasına görə məsuliyyət daşıdığını iddia etdiyi şəxsi həbs edib.

"İQNA", "Əl-Hurrə"-yə istinadən xəbər verir ki, Arizona Universitetinin polisi, ötən çərşənbə günü Universitet Kitabxanasının Din bölümündə islami kitabların cırılması və Qurani-Kərimə hörmətsizlik olunması ilə bağlı araşdırmalara başlayıb. Bu işlə bağlı bir nəfəri həbs edib.

Onun həbsindən əvvəl İslam-Amerika Əlaqələri Şurası, hadisəni nifrət üzündən baş verən cinayət kimi qiymətləndirərək deyib: "Müsəlman tələbələrin namaz qılmaq üçün istifadə etdiyi bu yer, tələbələrin kampusda dincəlməsi və düşünməsi üçün məşhur yerdir."

Cümə axşamı, dekabrın 9-da polis 38 yaşlı kişini bir şahidin onu kitab və jurnalları cırarkən gördüyünü bildirdikdən sonra həbs edib. Polis, CCTV görüntülərinə görə, həmin şəxsin Arizona Universitetində İslam kitablarına zərər vurmaqda məsuliyyət daşıdığını bildirib.

captcha