IQNA

Məscidül-Həram və Məscidün-Nəbidə yağış namazı qılınıb

16:34 - December 14, 2021
Xəbər sayı: 3491368
Məkkə və Mədinədə 13 dekabr, bazar ertəsi səhər saatlarında çoxlu sayda zəvvar sağlamlıq protokollarına riayət edərək, yağış namazı qılıb.

Məscidül-Həram və Məscidün-Nəbidə yağış namazı qılınıb"İQNA", "Xəbərlər 24"-ə istinadən xəbər verir ki, İslam Peyğəmbərinin (s) yağış gecikdiyi zaman namaz qılmaq sennəsinə əsasən, Səudiyyə Ərəbistanının müxtəlif bölgələrindən gələn zəvvarlar bu gün səhər yağış namazı qılıblar.

Məkkədə Məscidül-həramın və Peyğəmbər məscidinin baş direktoru Əbdür-Rəhman ibn Əbdül Əziz Əl-Siddisin imamlığı ilə Məscidül-həramda yağış namazı qılınıb.

Əbdür-Rəhman Əl-Siddis, yağış namzının xütbəsində xalqı Allahın rəhmətindən ümidlərini kəsməməyə çağırıb və deyib: "Siz Rəhman və Rəhmli Allahı çağırırsnız ki, əgər bəndələri Onun dərgahına əllərini qaldırsalar, heç vaxt onları əliboş qaytarmaz."

Mədinədə də çoxlu sayda zəvvar gigiyenik protokollara uyğun olaraq Peyğəmbər (s) məscidində yağış namazı qılıb.

Qeyd etməliyik ki, bundan əvvəl Səudiyyə Ərəbistanı kralı Salman, Səudiyyə Ərəbistanı xalqını bazar ertəsi ölkənin müxtəlif bölgələrində yağış namazı qılmağa çağırmışdı.

4020644

captcha