IQNA

Alman İslam təşkilatlarının xeyriyyə layihələrində iştirakının artırılması

20:07 - December 15, 2021
Xəbər sayı: 3491381
Almaniya Daxili İşlər Nazirliyinin maliyyə dəstəyi ilə “Bərabərlik” xeyriyyə təşkilatı İslam icmalarının sosial iş sahəsində işləməsinə köməklik məqsədi daşıyan layihəyə start verib.

"İQNA", Şimali Almaniya radiosuna istinadən xəbər verir ki, son illərdə Alman İslam cəmiyyətləri də kilsələr kimi yetimləri qorumaq, narkomanların sağalmasına kömək etmək və cinayətkarlara mənəvi qayğı göstərmək kimi ictimai işlərdə daha fəal olmağa çalışırlar. Eyni zamanda, Almaniyadakı müsəlmanlar sosial işlər görmək üçün kifayət qədər vəsaitin, səmərəli işçi qüvvəsinin olmaması kimi bir çox problem və maneələrlə üzləşirlər. Bu cəhətdən, "Bərabərlik" Xeyriyyə Təşkilatı Federal Daxili İşlər Nazirliyinin maliyyə dəstəyi ilə İslam icmalarına sosial iş sahəsində işləməyə kömək etmək məqsədi daşıyan layihəyə start verib.

Şəbəkə və Aktivləşdirmə kimi tanınan bu layihə, hal-hazırda Berlin, Şlezviq-Holşteyn və Hamburqun bir neçə rayonunda həyata keçirilir. Bu layihədə iştirak edən İslam icmaları arasında “Əl-Nur” İslam icmasını qeyd etmək olar.

4021078

captcha