"İQNA", "Anadolu" Xəbər Agentliyinə istinadən xəbər verir ki, Ənənəvi İslam xəttatlığı sənəti BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb ki, Bu sənətin qeydə alınması ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısındakı Türk Dünyası İrs Sahələrinin sayı 21-ə çatıb.
Türkiyədə ənənəvi İslam xəttatlığı məsələsi UNESCO-nun Hökumətlərarası Komitəsinin bu il Covid-19 epidemiyası ilə əlaqədar onlayn keçirilən 16-cı sessiyasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, İran da bu il YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün baxılan fayllar arasında "İranda Ənənəvi Xəttatlıq Sənətinin Qorunması üzrə Milli Proqram" adlı qeyri-maddi irs faylını təqdim edib.
15 ərəb ölkəsi də birgə bu il "Ərəb xəttatlığının bilik, bacarıq və üsulları" faylını Ümumdünya Qeyri-Maddi İrs Siyahısına daxil etmək üçün təqdim ediblər.
4021276