"İQNA", "AsiaNews"-a istinadən xəbər verir ki, Rusiyanın Tatarıstan Respublikası Baş nazirinin müavini Marat Xosnulin, Volqaboyu bolqarların İslamı qəbul etmələrinin 1100 illiyini qeyd etmək planlarını təsdiqləyib.
2022-ci ildə 71 tədbirin keçirəcəyi planlaşdırılır. Bunlardan ən mühümü Tatarıstan Respublikasının paytaxtı Kazanda Suburnaca Böyük Məscidi adlanan nəhəng kompleksin tikintisidir.
Bu binada muzey, kitabxana və bir sıra sərgilər olacaq. Ulyanovsk və Nijni Novqorod yaxınlığında və Moskvada digər təşəbbüslər də həyata keçiriləcək.
Bundan əlavə, Kazanda İslam mənbələrinin əlyazmalarının tədqiqi və nəşri üzrə elmi mərkəz açılacaq. Bu mərkəz, tədqiqatçıların və ictimaiyyətin istifadəsinə veriləcək.
Həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Kazan İqtisadi Araşdırmalar Konfrans Mərkəzi və YUNESKO-nun iştirakı ilə "Rusiya və İslam dünyası" mövzusunda bir sıra konfransların keçirilməsi planlaşdırılır. Kazanda Ümumdünya İrs Komitəsinin 45-ci iclası keçiriləcək.
4021199