IQNA

Azərbaycanda COVID-19-a qarşı vurulan peyvəndlərin ümumi sayı 11 milyon dozanı ötüb

18:51 - December 17, 2021
Xəbər sayı: 3491394
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 321 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 611, buster doza üzrə vaksinasiya olunanların sayı isə 20 552 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 017 859, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 134 947, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 634 404, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 248 508 təşkil edir.

APA

captcha