IQNA

"Qara Daş"a toxunmaq və "Hicri İsmayıl"da namaz qılmaq hələ də qadağandır

13:58 - December 19, 2021
Xəbər sayı: 3491402
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi, Həcc və ümrə zəvvarlarının "Qara daşa" toxunmasının və "Hicri İsmayıl"da namaz qılmasının hələ də qadağan olduğunu açıqlayıb.

"İQNA", "Rusiya Əl-yəvmə"-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi, Ümrə zəvvarlarının Kəbəyə buraxılmayacağını vurğulayaraq deyib: "Ümrə üçün qeydiyyat (Etemarna) ərizəsində Qara Daşın ziyarətini sifariş etmək üçün heç bir bölmə yoxdur."

Məlumatlı mənbələr daha əvvəl Səudiyyə Ərəbistanının "Əkaz" qəzetinə Korona məhdudiyyətlərinin qaldırılacağını bildirmişdilər. Ümrə etməyən zəvvarlar üçün Məscidül-həramda rezervasiya xidməti mövcud olduqdan sonra, "Qara Daş"a və "Kəbənin sağ sütun"una toxunmaq və "Hicri İsmayıl"da namaz qılmaq üçün rezervasiya xidmətləri təsdiq edilmiş müraciətlər vasitəsilə təşkil edilməlidir.

4021885

captcha