IQNA

Qırğızıstanda "Quran və Hafiz" virtual sərgisi

20:24 - December 19, 2021
Xəbər sayı: 3491405
"Quran və Hafiz" virtual xəttatlıq və rəssamlıq sərgisi, Qırğızıstandakı İran Mədəniyyət Şurasına bağlı sosial şəbəkələrdə Quran Akademikləri Təşkilatı və İslam Mədəniyyəti və Ünsiyyət Təşkilatı ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

"İQNA", xəbər verir ki, Quran Akademikləri Təşkilatı, bu sərgini İslam Mədəniyyəti və Rabitə Təşkilatı ilə birgə Yəlda gecəsi ərəfəsində "Mələkut" adlı milli və beynəlxalq sərgilər şəklində təşkil edib.

İranlı rəssamların əsərləri virtual olaraq Qırğızıstandakı İran Mədəniyyət Müşavirliyinin Telegram kanalında, həmçinin Facebook və İnstaqramdakı rəsmi səhifələrində yüklənib və nümayiş etdirilib.

Bu sərginin məqsədləri bunlardan ibarətdir: Quranın gözəlliklərini və Hafiz poeziyasının Quran işarələrini nümayiş etdirmək üçün sənət dilindən istifadə etmək, Quran və Məsumların (ə) həyat tərzlərinin mehvəriyyətində milli və beynəlxalq səviyyədə akademiklər və elitalar arasında bədii, media və təbliğat əlaqələrinin və qarşılıqlı əlaqələrin gücləndirilməsi, bu sərginin məqsədləri arasındadır.

Həmçinin, gənc və istedadlı rəssamların dəstəklənməsi, xəttatların əsərlərinin milli və beynəlxalq səviyyədə nümayiş etdirilməsi bu sərginin keçirilməsindəki hədəflərdəndir.

4021756

captcha