IQNA

Qırğızıstanda qadınlar arasında Quran yarışları keçiriləcək

16:04 - December 20, 2021
Xəbər sayı: 3491412
Qırğızıstan Müsəlmanları Dini İdarəsi (Müftiyyat) və Darul Quran Dini Təşkilatının (Urdu Quran) əməkdaşlığı ilə qadınların Milli Quran Müsabiqəsinin birinci turu Bişkekdə keçiriləcək.

"İQNA", Bişkekdən xəbər verir ki, Bu yarışların əyalət seçimi mərhələsi bu il 22 dekabr 2021-ci ildə keçiriləcək. 26 dekabrda da final mərhələsi olacaq.

Bu müsabiqənin iştirakçıları Quranın 15 cüz və 30 cüzlərinin əzbərlənməsi üzrə yarışacaqlar. Əyalət seçim turunda yüksək reytinq qazanmış qırğız qadın hafizləri iştirak edəcək.

Turnirə Qırğızıstanın paytaxtı Bişkekdəki Böyük İmam Sərəxsi məscidi ev sahibliyi edəcək.

Qaliblərə dörd Ümrə səfəri və pul mükafatı veriləcək.

4022217

captcha