IQNA

Səudiyyə Ərəbistanı kralı Əbdül-Əzizin kitabxanasında nadir İslam sikkələrinin nümayişi

19:06 - December 21, 2021
Xəbər sayı: 3491420
Kral Əbdül Əzizin kitabxanasında maraqlananlar üçün 8000-dən çox sikkə və nadir ərəb və İslam sikkələri nümayiş etdirilir.

"İQNA", "Ərəb News"-a istinadən xəbər verir ki, Kral Əbdül-Əziz Xalq Kitabxanası, çərşənbə axşamı, dekabrın 20-dən etibarən bu ölkənin paytaxtı Ər-Riyadda nadir İslam sikkələrindən ibarət sərgi açacaq.

Bu barədə Səudiyyə Xəbər Agentliyi məlumat yayıb ki, Mədəniyyət naziri Şahzadə Bədr ibn Abdullah ibn Fərhanın dəstəyi ilə keçirilən sərgi ziyarətçilərin, peşəkarların və həvəskarların İslam sivilizasiyasının təzahürlərini tarixi şöhrətində görə biləcəyi bir pəncərə yaratmaq məqsədi daşıyır.

Bu kitabxanada Şərq İslam və Qərb ölkələrindən Əməvi, Abbasi, Əndəlüs, Fatimi, Əyyubi, Atabiq, Səlcuq, Məmlük və Osmanlı dövrlərinə aid səkkiz mindən çox zərb edilmiş və nadir ərəb və İslam sikkələri var.

Kitabxanada həmçinin Məkkə, Mədinə, Əl-Yəmamə və Bişə kimi sikkə şəhərlərində zərb edilən Ərəbistan yarımadasında yaşayan bəzi sivilizasiyalara aid sikkələr də var.

Kitabxananın direktoru Feysəl ibn Muammar bildirib ki, sərgi və kitabxananın səyləri Səudiyyə Ərəbistanının ərəb və islam tarixi ilə bağlı əsərlərin qorunmasına, müxtəlif sivilizasiyalarla qarşılıqlı əlaqəsinə olan marağı göstərir.

4022245

captcha