"İQNA", "Misravi"-yə istinadən xəbər verir ki, Misir Məclisinin dini komitəsi, komitənin sədri və Məclisin üzvü Yusif Əs-Seyyid Amirin Qurani-Kərimin hərtərəfli və yeni təfsirinin hazırlanması ilə bağlı irəli sürdüyü təklifi müzakirə edib.
O, yeni təfsirin İslami mötədilliyi və ekstremizmə qarşı mübarizə kontekstini əks etdirməli olduğunu izah edərək deyib: "Bu, ekstremist qrupların istinad etdiyi hədislərə cavabdır."
Məclisin Dini Komitəsinin iclasında iştirak edən Misirin vəqflər naziri Məhəmməd Muxtar Cümə də, Qurani-Kərimin yeni təfsiri ilə bağlı təklifi bəyənib və vurğulayıb: "Zaman keçdikcə insanların Qurani-Kərimin təfsir kitablarına daha çox ehtiyacı var. Bu yaxınlarda təfsir kitablarının ingilis dilinə tərcüməsi 3000 nüsxə çap edilərək satılıb."
4022590