IQNA

Ucadan təkbir dediyi üçün Fransa müsəlman vətəndaşı məhkum edilib

17:40 - December 22, 2021
Xəbər sayı: 3491424
Bazar ertəsi Fransa məhkəməsi ticarət mərkəzində ucadan təkbir (Allahu əkbər) deyən fransız müsəlmanı 8 ay həbs cəzasına məhkum edib.

"İQNA", "TRT"-nin ərəb bölümünə istinadən xəbər verir ki, Məhkəmə həmin şəxsi fundamentalist islam qruplaşmasının üzvü elan edib. O, ucadan təkbir (Allahu əkbər) deyərək ticarət mərkəzində qorxuya səbəb olduğu üçün 8 ay şərti həbs cəzası alıb.

52 yaşlı bu kişi həm də 750 avro cərimə və 2 il müddətinə ictimaiyyətdən məhrum edilib. Lakin onun 38 yaşlı yoldaşı ittihamlardan bəraət alıb.

Bu kişi məhkəmədə deyib: "Mən Korona epidemiyası ilə bağlı məhdudiyyətlər başa çatdıqdan sonra ölkənin şimalında dini mərkəzlərin açılacağını eşidib sevindim. Uca səslə təkbir söyləməyim də bu xoş xəbərə emosional reaksiyam olmuşdur. Heç bir şəkildə qorxutmaq və ya zorakılıq etmək niyyətim olmayıb.

4022678

captcha