IQNA

İnduist rahibədən müsəlmanlara qarşı kütləvi qırğın çağırışı

19:21 - December 24, 2021
Xəbər sayı: 3491437
Hindistanda bir sıra sağçı-radikal induist hərəkatlarının liderləri ölkədəki müsəlmanlara qarşı kütləvi divan tutulması çağırışı ilə çıxış ediblər.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, Hindistanda bir sıra sağçı-radikal induist hərəkatlarının liderləri ölkədəki müsəlmanlara qarşı kütləvi divan tutulması çağırışı ilə çıxış ediblər.

Həmin induist liderlər baş nazir Narendra Modinin hakim partiyası ilə əlaqəli şəxslərdir.

Xaridvar şəhərindəki baş tutmuş iclas zamanı bir neçə spiker dini azlıqlara qarşı zorakılıq, müsəlmanlara qarşı soyqırım çağırışı edib.

“Əgər onların xalqını məhv etmək istəyirsiniszə, onları öldürün. Onları öldürməyə və həbsə girməyə hazır olun. Hətta əgər bizdən 100-ü 2 milyon (müsəlmanı) öldürməyə hazırdırsa, biz qalib gələcəyik və həbsə girəcəyik”, – deyə indiust qadın liderlərdən biri bildirib.

captcha