"İQNA", "Əl-Qüds Əl-Ərəbi"-yə istinadən xəbər verir ki, Kanada Tibb Assosiasiyası özünün son sayında hicabın uşaqları incitmək və istismar etmək üçün alət olduğunu iddia edən Şərif Emilin məqaləsini dərc edib.
Müsəlmanların belə bir məqalənin dərcinə tənqidi reaksiyasından sonra yuxarıda adı çəkilən jurnalın redaktoru Dr. Kristen Bartürk açıqlama verərək, məqalənin dərcindən sonra bir çox qurum və şəxslərdən mənfi cavablar aldığını açıqlayıb. Bununla bağlı üzr istəyərək jurnalda məqalənin silindiyini bildirib.
O əlavə edib ki, məqalənin mövzusu dərc üçün uyğun olmayıb. Kanadadakı bir çox oxucu onun buraxılışından narahat olub.
4023274