IQNA

Quran hafizlərinə Astan Hüseyni Universitetlərində təhsil almaq üçün təqaüdlər ayrılıb

10:33 - December 26, 2021
Xəbər sayı: 3491446
İmam Hüseynin (ə) Müqəddəs Astanı Qurani-Kərim hafizlərinə Astan Hüseyni universitetlərində təhsil almaq üçün müəyyən şərtlərlə təqaüd veriləcəyini açıqlayıb.

"İQNA", İmam Hüseynin (ə) hərəminin xəbər saytına istinadən xəbər verir ki, İmam Hüseynin (ə) hərəminin Quran işləri üzrə katibin müavini Şeyx Həsən Əl-Mənsuri, hərəmin rəhbərliyi ilə İraqın hər yerində Qurani-Kərimin hafizləri üçün hərəmə bağlı universitetlərdə pulsuz dərs yerləri ayrılması ilə bağlı razılıq əldə etdiyini bildirib.

Belə ki, yeni tədris ilinin əvvəlindən İmam Hüseyn (ə) institutlarının hər birində Quran hafizləri üçün pulsuz dərs yeri ayrılacaq.

4023301

captcha