IQNA

Kəşmirdə 125 illik kilsənin yenidən açılışı olub

16:33 - December 26, 2021
Xəbər sayı: 3491450
Kəşmirin Şrinaqar şəhərindəki Müqəddəs Luka kilsəsi yenidənqurma işləri aparıldıqdan sonra bölgədəki xristian azlıqlar üçün açılıb. 125 illik bu Kilsə, 30 ildən sonra, bu il Milad bayramında, Yeni illərini qeyd edən xristianları qarşılayıb.

"İQNA", xəbər verir ki, Pəncab Universitetinin İncəsənət fakültəsinin rəhbəri, professor Samirə Cavad və İslam İncəsənəti və Mədəniyyəti İnstitutunun direktoru İrfan Qureyşi dekabrın 24-də İran İslam Cümhuriyyətinin Laho şəhərindəki Mədəniyyət Evində olublar. Onlar İranın bu şəhərdəki mədəniyyət attaşesi Cəfər Ronas ilə fevralın 22-dən 26-dək Pəncabın paytaxtında keçiriləcək İslam incəsənətinə dair beynəlxalq konfrans, xəttatlıq sərgisi və seminar barədə fikir mübadiləsi aparıblar.

Pəncab Universitetinin İncəsənət institunun rəhbəri müasir texnologiyaların ənənəvi incəsənətin inkişafına, dinamizminə və böyüməsinə təsirinə toxunaraq deyib: "İran sənətkarları öz yaradıcılıqları ilə bu sahədə böyük irəliləyiş əldə edə biliblər. Buna görə də biz incəsənət sahəsində mübadilələr, o cümlədən konfranslar, seminarlar, sərgilər keçirmək istəyirik. Həmçinin iki ölkədən rəssamların qarşılıqlı göndərilməsi vasitəsilə iki xalq arasında əlaqələrin inkişafına zəmin yaratmağa həvəslə hazırıq."

İranın mədəniyyət attaşesi Cəfər Ronas da deyib: "İncəsənət iki ölkənin insanları arasında birləşdirici amil ola bilər. Bununla bağlı çoxlu kontekstlər var."

Pakistanda xəttatlığın qabaqcıllarından olan İrfan Qureyşi də iranlı xəttatları İslam dünyasında misilsiz sənətkarlar adlandırıb və deyib: "İranlı sənətçilərin Pakistanda olması Pakistanın incəsənət ictimaiyyətinə xeyir və bərəkət gətirəcək."

4023532

captcha