IQNA

Parisdə öldürülmüş əlcəzairli müsəlmanların xatirəsinə hörmətsizlik

10:28 - December 27, 2021
Xəbər sayı: 3491454
Parisdə 1961-ci il oktyabrın 17-də törədilən qətliamın Əlcəzairli qurbanlarının xatirəsini yad edən rəsm əsəri sprey boya və irqçi ifadələrlə xarab edilib.

"İQNA", " TRT"-nin Ərəb bölümünə istinadən xəbər verir ki, Tarixi rəsm 1961-ci il oktyabrın 17-də müstəqillik nümayişi zamanı fransız polisi tərəfindən qətlə yetirilən və cəsədləri Sena çayına atılan onlarla əlcəzairli müsəlman qurbanların şərəfinə Paris küçələrindən birində divara çəkilmişdi.

Kristin Gimmi, bu rəsmi iki ay əvvəl Parisin o vaxtkı polis rəisi Maurice Paponun əmri ilə baş verən hadisələrin 60-cı ildönümü münasibətilə Parisin Averi bölgəsindəki divara çəkmişdi.

Bu divara çəkilmiş rəsm repressiya qurbanlarından olan Əhməd Xəlfinin rəsmidir. Bu rəsmin kənarında yazılmışdı: "1961-ci il oktyabrın 17-də o, Sena çayına atıldı."

Lakin təxribat nəticəsində həkk olunmuş ifadə silinib və şəklin üzərinə qırmızı səpilib.

4023784

captcha