IQNA

Qırğızıstanda qızlar arasında ilk Quran yarışı keçirilib

9:45 - December 28, 2021
Xəbər sayı: 3491460
Bişkekdə Qırğızıstan Müsəlmanları Dini İdarəsi (Müftiliyi) və Darul Quran Dini Təşkilatının (Urdu Quran) birgə əməkdaşlığı ilə qızlar arasında ilk milli Quran müsabiqəsi keçirilib.

"İQNA", Bişkekdən xəbər verir ki, Bu yarışlar iki ilkin və final mərhələdə keçirilib. Dünən, dekabrın 26-da 18 Hafizin iştirakı ilə final mərhələsi keçirilib.

Bu müsabiqə Bişkekdəki böyük İmam Sərəxsi məscidində keçirilib. Qırğızıstanın bütün bölgələrindən olan nümayəndələr 15 və 30 cüz əzbərləmə üzrə yarışda bir-birləri ilə rəqabət aparıblar.

Bu Quran müsabiqəsinin sonunda qalib gələn qırğızıstanlı qızlara mükafatlar təqdim edilib.

4024055

captcha