IQNA

Misirdə Qurana yazılması istənilən yeni təfsir tələbi tənqid edilib

10:02 - December 29, 2021
Xəbər sayı: 3491469
Misir Məclisinin Dini Komitəsi bu yaxınlarda Qurani-Kərimə yeni təfsir yazılması ilə bağlı təklifi nəzərdən keçirməyə başlayıb. Bu komitənin fikrincə, yazılacaq təfsir, İslamın mötədilliyini ifadə edib və ekstremizmə qarşı mübarizə çərçivəsində formalaşdırılmalıdır.

Misirdə Qurana yazılması istənilən yeni təfsir tələbi tənqid edilib"İQNA", "Ərəb 21" xəbər saytına istinadən xəbər verir ki, Misirli müəllif Qütb əl-Ərəbi, müsəlmanların müqəddəs kitabı ilə bağlı Misirin bu yeni qərarının ölçülərini təhlil edib.

Qurani-Kərimin müasir təfsirinin müzakirəsini bu sahənin təfsirçiləri və alimlərinin aparmalı olduğunu vurğulayan müəllif deyib: "Dövlət xadimləri tərəfindən belə bir şərhin edilməsi istəniləndə susmaq mümkün deyil."

O, müsəlmanların müqəddəs kitabı Qurani-Kərimi hökumətlərə xidmət etmək üçün manipulyasiya etməyin yolverilməz olduğuna diqqət çəkərək deyib: "Quran ayələrini ədalətsiz siyasətin xidmətində qərar verməyi kim qəbul edir? Cəmiyyətdəki anormal hadisələri ört-basdır etmək və əsaslandırmaq, beynəlxalq təzyiq qruplarını qane etmək üçün təhrif olunmuş təsəvvürlərin təqdim edilməsini kim qəbul edir?!

O, əlavə edib: "Qurani-Kərimin müasir təfsirinin Misir Məclisinin daxilində və xüsusilə bu məclisin dini komitəsinin rəhbəri Yusif Əbu Ömər tərəfindən tərtib edilməsi tələbi bu ayın iyirmisində qaldırılıb. Bunun ardınca Misirin vəqflər naziri və müftisi komitə üzvlərinin əksinə olaraq, bunun araşdırılmasını istəyib."

Yazıçı, həmçinin vurğulayıb ki, misirlilər İslam prinsiplərinə zidd olan bu hücumlara qarşı Əl-Əzhərə sığınırlar.

4023894

captcha