IQNA

Quran sahəsində istedadı olanlar üçün beynəlxalq təbliğat proqramı keçirilib

13:08 - December 30, 2021
Xəbər sayı: 3491476
Hüseyni Astanınının Beynəlxalq Quran Təbliğ Mərkəzinə bağlı "Ayat" Quran İstedadlarının İnkişafı İnstitutunun direktoru, Qurani-Kərimin hifzi və qiraəti sahəsində istedadlı şəxslərin yetişdirilməsi üçün beynəlxalq proqramın keçirildiyini bildirib.

"İQNA", Müqəddəs Hüseyni Astanının xəbər saytına istinadən xəbər verir ki, Astan Hüseyni Beynəlxalq Quran Təbliğat Mərkəzinin rəhbəri Montazer Əl-Mənsuri deyib: Onlar, Quran sahəsində beynəlxalq iştiraka nail olmaq üçün İraqdan kənarda istedadların cəlb edilməsi mərkəzləri və təbliğat proqramları təşkil etmişdir. Bu mərkəzin ilk səfəri bu məqsədlə İrana edilib.

O, bildirib ki, bu proqrama informasiya fəaliyyətləri, kommunikasiyaların inkişafı, Quran mərkəzləri və qurumlarına, o cümlədən Quran şəxsiyyətlərilə görüşlər və İrandakı müqəddəs ziyarətgahları ziyarət etmək şərəfi daxildir.

Qeyd edək ki, bu nümayəndə heyəti Quma gəlib və Qum Beynəlxalq Darul-Quran şöbəsinin rəhbərliyi tərəfindən qarşılanıb. O, səfəri zamanı ustad Mustafa Tai, Seyyid Mehdi Hüseyni və Quran hafizləri ilə görüşüb. Bu görüş Həzrət Məsumənin (s) hərəminin ziyarəti ilə başa çatıb.

4024656

captcha