IQNA

İraqlı kor qadınlara Quran öyrətmək üçün xüsusi kurs keçirilib

21:18 - December 30, 2021
Xəbər sayı: 3491479
Müqəddəs Kazimi Astanının Darul-Quranı iraqlı kor qadınlar üçün xüsusi Quran kursu təşkil edib.

"İQNA", "Qaf"- Quran Xəbər Agentliyinə istinadən xəbər verir ki, Müqəddəs Kazimi Astanının Darul-Quranı kor qadınlar üçün Quran tilavəti və qiraəti qaydalarının öyrədilməsi üzrə ixtisaslaşdırılmış kurs təşkil edib.

Bu kursun proqramına qadınlara Qurani-Kərimin düzgün oxunması və qiraətini öyrətmək daxildir.

Müqəddəs Kazimi Astanı, bu kursları keçirməklə kor qadınlar arasında Quran sahəsində istedadı olanları aşkar etməyə və dəstəkləməyə çalışır. Bu Astan, yaxın gələcəkdə kor kişilər üçün də bənzər kurslar təşkil edəcəcək.

4024455

captcha