"İQNA", "Əs-səbəq"-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının İslam İşləri və Təbliğat Nazirliyi, Kral Fəhd Qurani-Kərim Nəşriyyat Dərnəyi ilə əməkdaşlıq çərçivəsində Ər-Riyadda Qurani-Kərimin böyük sərgisini təşkil edib.
Sərginin açılışı cümə axşamı, yanvarın 13-də Səudiyyə Ərəbistanının İslam işləri üzrə naziri Əbdül-Lətif Əl-Şeyx tərəfindən nazirliyin qərargahında olub. Bu sərgi, 10 gün ərzində 16:30-dan 22:30-a qədər ictimaiyyət üçün açıqdır. Bu sərginin açılmasında məqsəd Səudiyyə Ərəbistanının Qurani-Kərimin nəşri və çapı sahəsində göstərdiyi səylər və xalqın Qurani-Kərimlə sıx əlaqəsi haqqında məlumat verməkdir.
Sərgidə Suriya və Misir kimi digər ölkələrdən də nümayəndələr iştirak edir.
4028625