IQNA

ABŞ-da ilk müsəlman mer, Qurana and içərək işə başlayıb

15:47 - January 17, 2022
Xəbər sayı: 3491580
Miçiqan ştatının Dirborn şəhərinin ilk müsəlman meri Abdullah Həmud Qurani-Kərimə and içərək vəzifəsinin icrasına başlayıb.

"İQNA", "Freep"-ə istinadən xəbər verir ki, Abdullah Həmud Miçiqan ştatının Dirborn şəhərinin ilk müsəlman meri kimi tarixi bir anda sol əlini ailə Quranı üzərinə qoyaraq and içib.

Daha sonra Həmud dinləyicilərə Dirbornun dini və irqi müxtəlifliyindən danışaraq deyib ki, bu şəhər dünya üçün demokratik model rolunu oynayır. O, şəhərin infrastruktur kimi problemlərini həll edərkən hamını cavabdeh olan dinamik bir təşkilatlanmağa çağırıb.

Abid Həmud andiçmə mərasimindən sonra deyib ki, uzun müddətdir ki, bu anı gözləyirdik.

4029047

captcha