IQNA

Əlcəzairli müsəlman mühacirlərə qarşı mübahisəli açıqlamalar

9:44 - January 19, 2022
Xəbər sayı: 3491590
Qarşıdan gələn Fransa prezident seçkilərində ifratçı sağçı namizəd, qalib gəldiyi təqdirdə Əlcəzairdən üzr istəmə ehtimalını rədd edib. Eyni zamanda əlcəzairli müsəlman mühacirlərin Fransada işini və oturumunu asanlaşdırmaq üçün razılaşmanın ləğv ediləcəyini açıqlayıb.

"İQNA", "TRT"-nin Ərəb bölümünə istinadən xəbər verir ki, özü də əlcəzairli yəhudi olan Zəmur, Xarici Mətbuat Assosiasiyasına deyib: "Əlcəzair liderlərini qürurlandıran bizim zəifliyimizdir.

O, bildirib ki, Paris və onun keçmiş müstəmləkəsi arasındakı münasibətlər, xüsusən də tarixə aid məsələlərdə həmişə mürəkkəb və təlatümlü olub.

Zəmur vurğulayıb ki, Əlcəzair Fransanı əhalisinin artıqlığı üçün bir yer hesab etməməlidir. O, həmçinin Fransa ilə Əlcəzair arasında 1968-ci ildə əldə edilmiş razılaşmanı ləğv etməkdə qərarlı olduğunu deyib. Bu müqavilə əlcəzairli mühacirlərin Fransada işini və yaşayışını asanlaşdırır.

İfratçı sağçı namizəd sözünü belə yekunlaşdırıb ki, mənim qalib gələcəyim halda Fransa Əlcəzairdən üzr istəməyəcək.

4029642

captcha