İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) report-a istinadən xəbər verir ki, istinadən xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik orqanları məlumat verib.
“Yanvarın 21-də səhər saatlarında terrorçu İŞİD qruplaşmasının 10-dan çox silahlısı Diyala əyalətinin şimalındakı Ət-Talia və Umm əl-Karam kəndləri arasında yerləşən ordu qərargahına hücum ediblər. Hücum nəticəsində tabor komandiri baş leytenant olmaqla 11 hərbçisi ölüb”,- məlumatda qeyd olunub.
Diyala əyaləti ölkə paytaxtı Bağdadın şimal-şərqində yerləşir.
Məlumata görə, silahlılar bu il 250-dən artıq hücum həyata keçirib, 387 nəfər bu hücumun qurbanı olub, 500-dən çox insan yaralanıb.