IQNA

Qurana hörmətlə bağlı milli planın ikinci mərhələsi tamamlanıb

13:54 - January 22, 2022
Xəbər sayı: 3491605
İordaniyanın İclun əyalətinin Vəqf İdarəsi, bu vilayətdə köhnəlmiş Quran nüsxələrinin təmir edilməsi məqsədilə toplanması "Qurani-Kərimə ehtiram" milli planının ikinci mərhələsinin başa çatdığını elan edib.

"İQNA", "Əd-Düstur"-a istinadən xəbər verir ki, Qurana hörmətlə bağlı milli plan 16 dekabrdan İordaniyanın Vəqflər, İslam Məsələləri Naziri Məhəmməd Əl-Xəlailinin və bu ölkənin Vəqflərinin baş katibi Abdullah Əl-Əqilin göstərişi ilə müxtəlif əyalətlərdə həyata keçirilib.

İordaniyanın İclun əyalətinin vəqflər üzrə direktoru Əhməd Mahmud Əl-Samadi deyib ki, bu layihənin ikinci mərhələsi İclun əyalətində tamamlanıb.

O, bildirib ki, bu layihənin məqsədi köhnəlmiş Qurani-Kərimləri toplamaq və zədələnmiş nüsxələri bərpa etməkdir.

4029857

captcha