IQNA

Quranın əlyazmaları, onun təhrifdən qorunmasının dəlilidir

11:59 - January 23, 2022
Xəbər sayı: 3491607
Qurani-Kərimin hicazi və kufi xətti ilə yazılmış ən qədim əlyazma nüsxələrinin tədqiqi göstərir ki, indiki əlyazmalar köhnə əlyazmalara uyğundur və ilahi kəlamın təhrifdən qorunub saxlanmasına dəlalət edir.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, üçüncü xəlifənin dövründə Qurani-Kərimin bir nüsxəsinin toplanması və ondan bu yana Osmanın və ya İmamın mushəfi adlanan bu nəcib mushəf dəfələrlə çoxaldılmış və nəşr edilmişdir.

Dünyanın ən qədim Quran əlyazması 2015-ci ildə Birmingem Universitetində aşkar edilib. Bu əlyazmanı universitetə ​​daha çox Alfons Minqana (1878-1937) kimi tanınan, Keldani ilahiyyatçısı, alimi və şərqşünası Hormoz Minqana gətirib.

Bu versiya Qurani-Kərimin Kəhf və Taha surələrindən Hicazi qrafikası ilə yazılmış iki səhifədən ibarətdir. Əlyazma elminin mütəxəssisləri radiokarbon tarixçəsindən istifadə edərək bu nüsxənin təxminən 1370 yaşı olduğunu təxmin ediblər. Tədqiqatçılar əlyazmanın eramızın 568-645-ci illəri arasında yazıldığı qənaətinə gəliblər.

Həzrət Peyğəmbərin (s) risaləti miladi 610-632-ci illər arasında baş vermişdir. Bu o deməkdir ki, əlyazma Həzrət Peyğəmbərin (s) zamanında, yaxud Peyğəmbərin besətindən ən çoxu 70 il sonra yaşamış şəxs tərəfindən yazılmışdır. Bu da, bu nüsxəni dünyanın ən qədim Quranın nüsxələrindən birinə çevirmişdir.

Birmingem Universitetinin Dinlər üzrə ustadı professor Devid Tomas, Wall Street Journal-na verdiyi müsahibədə belə deyib: "Quranın əlyazmaları, xüsusən də Birmingem Universitetinin əlyazmaları dünya miqyasında öz növünün ən qədim əlyazmalarıdır. Bunlar təkzibedilməz dəlillərdir ki, indiki Quranın əsli olduğunu və indiyə qədər onda heç bir təhrifin baş vermədiyini göstərir."

4030065

Teqlər: quran ، əlyazma ، təhrif ، dəlil ، nüsxə
captcha