"İQNA", Ələvi Astanının İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, bu festival 21 yanvarda Həzrət Zəhranın (s) mövludu ərəfəsində başlayıb və bir həftə davam edəcək.
Astan Ələvi İnzibati Şurasının üzvü və festivalın təşkilat komitəsinin sədri Səlim Əl-Cəsani deyib ki, festivalda bir həftə davam edəcək müxtəlif Quran, dini və mədəni proqramlar yer alır.
Əl-Cəsani bildirib ki, Kufə Universitetinin qızların təhsil elmləri fakültəsində Quran məclisinin yaradılması və Ələvi hərəminin Həzrət Zəhra (s) səhnində "İffət həftəsi" festivalının qeyd olunması bu bayramın tərkib hissələrindəndir. 4030217