IQNA

Millət vəkili müsəlman olduğu üçün Consonun kabinəsindən qovulub

20:21 - January 24, 2022
Xəbər sayı: 3491621
Britaniyalı bir millət vəkili hesab edir ki, o, müsəlman olduğu üçün 2020-ci ildə baş nazir Boris Consonun kabinəsindən qovulub.

"İQNA", "Əl-Qüds Əl-Ərəbi"-yə istinadən xəbər verir ki, Britaniya Mühafizəkarlar Partiyasının nümayəndəsi Nüsrət Qəni deyir ki, 2020-ci ildə o, Boris Conson administrasiyasındakı vəzifəsindən azad edilib. Səbəb isə onun İslam dininə inanması olub.

Qəni deyir ki, parlamentin intizam işləri üzrə rəhbəri ona deyib ki, onun müsəlman olması məsələsi həmin il hökumətin qərargahında keçirilən kabinə dəyişikliyi iclasında qaldırılıb. Qəninin müsəlman olması onun həmkarlarını narahat etdiyi bildirilib.

Qənnin "Sunday Times" qəzetinə verdiyi müsahibəsində bu şokedici ittihamlar mühafizəkar qanunvericilər, eləcə də müxalifət partiyaları tərəfindən dərhal pislənib. Onlar bu işin araşdırılmasını istəyiblər. Britaniya Mühafizəkarlar Partiyasının lideri Boris Consondan da bununla bağlı araşdırma aparmasını tələb ediblər.

4030589

captcha