"İQNA", "Sidetti"-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı rəsmiləri, paytaxt Ər-Riyadda ilk Qurani-Kərim sərgisinin xalq tərəfindən böyük rəğbətlə qarşılandığını bildirib.
Bu sərgi Səudiyyə Ərəbistanının İslam İşləri Nazirliyi tərəfindən Kral Fəhdin Qurani-Kərim Nəşriyyat Assosiasiyası ilə birgə təşkil olunub. Bu günə qədər 20.000 ziyarətçisi olub.
Səudiyyə Ərəbistanının İslam işləri naziri bu forumun Quran nüsxələrinin çap edilməsində sıçrayış edə bildiyini vurğulayıb. Son iki ildə 20 milyondan çox Quran çap edilib.
4030641