IQNA

Məşhur misirli Qarinin həyat yoldaşı və oğlu ilə birlikdə şübhəli ölümü

15:52 - January 25, 2022
Xəbər sayı: 3491628
Misirin məşhur qarisi Şeyx Seyyid Əhməd İsa qida zəhərlənməsi və ya qazdan zəhərlənmə nəticəsində şübhəli bir hadisədə həyat yoldaşı və oğlu ilə birlikdə ölüb.

"İQNA", "Əl-Bələd Tv"-yə istinadən xəbər verir ki, Əl-Bəhirə əyalətinin Şəbraxit şəhərinin Ləqənə kəndinin məşhur Qurani-Kərim qarisi Şeyx Seyyid Əhməd İsanın həyat yoldaşı və uşağı ilə birlikdə vəfatı xəbəri insanları kədərləndirib.

Əl-Bəhirə Təhlükəsizlik Təşkilatının rəhbəri Əhməd Ərafat bildirib ki, 56 yaşlı qari, onun həyat yoldaşı Firdovs Məhəmməd Zayid və onun 38 yaşlı uşaq doktoru olan oğlu yeməkdən zəhərlənərək ölüblər.

Təhlükəsizlik rəsmisi bildirib ki, Şeyx İsanın gəlinləri və nəvələrindən ibarət olan bu ailənin daha 9 üzvü də qida zəhərlənməsindən halları pisləşib. Onların hamısı müalicə üçün İsgəndəriyyə xəstəxanasına aparılıb.

Lakin bəzi mənbələr bu 3 nəfərin qazdan zəhərlənərək öldüyünü bildirir.

4031079

Teqlər: misir ، qari ، quran ، zəhərlənmə ، vəfat
captcha