IQNA

İndoneziyalı təfsirçi, Quranın tematik əzbərlənməsini vurğulayıb

11:03 - January 26, 2022
Xəbər sayı: 3491630
Professor Muhəmməd Qureyş Şəhab Quran ayələrinin gündəlik həyat ehtiyaclarına cavab verən şəkildə əzbərlənməsinin, eləcə də ayələrin ardıcıllıqla əzbərlənməsinin vacibliyini vurğulayıb.

"İQNA", Müqəddəs Hüseyni Astanının informasiya mərkəzinə istinadən xəbər verir ki, Quran elmi vebinarı Hüseyni Astanının Quran Təbliği Mərkəzinin İndoneziya bölməsinin müəllim heyətinin, o cümlədən Cakarta İslam Araşdırmaları Mərkəzinin direktoru və İndoneziyanın aparıcı müfəssirlərindən biri olan professor Məhəmməd Qureş Şəhabın iştirakı ilə keçirilib.

Bu Quran təfsirçisi Qurani-Kərimi əzbərləmənin əhəmiyyətindən və əzbərləmənin təfsirdə təsirindən bəhs edib. Həmçinin Quranı əzbərləməyin Quranı Quranla təfsir etməkdə kömək etdiyini bildirib.

İndoneziyalı Quran təfsirçisi həmçinin Quran ayələrinin həyatımızın ehtiyaclarına uyğun şəkildə əzbərlənməsinin və ayələrin ardıcıllıqla əzbərlənməsinin vacibliyini də vurğulayıb.

4031020

captcha