IQNA

Quran təfsiri və elmləri sahəsində fələstinli mütəfəkkir vəfat edib

9:31 - January 31, 2022
Xəbər sayı: 3491658
Qurani-Kərimin təfsiri və elmi sahəsində Fələstinin aparıcı alim və mütəfəkkirlərindən biri Şeyx Salah Əbdül-Fəttah Əl-Xalidi 74 yaşında vəfat edib. Onun bəzi əsərləri fars dilinə tərcümə edilib.

"İQNA", "Ərəbi 21"-ə istinadən xəbər verir ki, Qurani-Kərimin təfsiri və elmi sahəsində mütəfəkkir olan Şeyx Salah Əbdül-Fəttah əl-Xalidi ürək-damar xəstəliyindən vəfat edib.

Quranın təfsiri üzrə mütəxəssis olan 74 yaşlı Əl-Xalidi Fələstinin Cenin şəhərində anadan olub. Daha sonra isə ailəsi ilə birlikdə İordaniyaya köçüb.

Salah Əbdül-Fəttah 1984-cü ildə Məhəmməd İbn Səud Universitetində Quran təfsiri və elmləri üzrə doktorluq dərəcəsini almışdır.

Əl-Xalidinin onlarla təfsir kitabı var ki, onlardan bəziləri Qurani-Kərimdəki elmi möcüzələrdən bəhs edir.

Onun bəzi əsərləri fars dilinə də tərcümə edilib.

4032040

captcha