IQNA

Ümumdünya Hicab Təşkilatının qadınlardan istəyi

11:36 - February 02, 2022
Xəbər sayı: 3491674
Ümumdünya Hicab Təşkilatı çərşənbə axşamı, fevralın 1-i Beynəlxalq Hicab Gününü qeyd etmək və müsəlman qadınları dəstəkləmək üçün bütün dünya qadınlarını bütün gün hicab taxmağa çağırıb.

"İQNA", "Sputnik"-in Ərəb bölümünə istinadən xəbər verir ki, bu günün təşkilatçıları bəyanat yayıblar: "Bu gün biz bütün bacılarımızı islami kimliklərinə görə ayrı-seçkiliyə məruz qalan bütün dünyada müsəlman qadınlarına dəstək olaraq hicab taxmağa çağırırıq."

Ümumdünya Hicab Gününün yaradıcısı Nazimə Xan Nyu Yorkda yaşayan Banqladeş əsilli Amerika vətəndaşıdır. O, bu gün İslam kanalına müsahibəsində deyib: “Biz 2013-cü ildə Beynəlxalq Hicab Gününü təyin etmişik.

O, əlavə edib ki, hicab geyindiyinə görə illərdir şəxsən yaşadığı ayrı-seçkilik bu günün müəyyənedici amili olub.

Nazimə Xan, qeyd edib ki, ona görə də mən cəmiyyətin bütün təbəqələrindən olan qadınları bir gün hicab taxmağa dəvət edərək, bu sahədə maarifləndirmə işi aparmaq, hicabın normal bir məsələyə çevrilməsini istədim.

Xan bildirib: Hazırda dünyanın 150-dən çox ölkəsində Beynəlxalq Hicab Günü qeyd olunur.

4033157

captcha