"İQNA", "Sədyul-Bələd"-ə istinadən xəbər verir ki, Əl-Əzhər Universitetinin özbək tələbəsi Abid Canov, Qahirə Kitab Sərgisində olarkən gözdən əlillərin Quran tilavətini asanlaşdırmaq üçün Əl-Əzhər tərəfindən çap olunmuş Brayl əlifbası ilə yazılmış Qurana baxıb.
Kor özbək tələbə Brayl əlifbası ilə yazılmış bu Quranın bəzi qüsurları haqqında deyib: "Mən kitab sərgisində bu Quranın bəzi səhifələrini oxudum. Ancaq bəzi qüsurları var. O cümlədən Əl-Əzhər tərəfindən çap olunmuş Brayl əlifbası ilə yazılmış Quranda vəqf əlamətləri yoxdur. Bu, korların Quran oxumasını çətinləşdirə bilər. Çünki vəqf və başlama yerlərini bu Quranda tapa bilmirlər.
O, bildirib ki, bu Quranda təşdid əlaməti də yoxdur. Həmçinin bu Quran nüsxələrində bir sıra səhifələr Brayl əlifbası ilə nömrələnmişdir. Ancaq bütün səhifələr belə deyil. Ona görə də ümid edirəm ki, bu qüsurlar düzələcək ki, korlar bu Qurandan rahatlıqla istifadə edə bilsinlər.
4033282