IQNA

Müsəlman Həkim Xeyriyyə Fondunun xidmətləri

19:15 - February 02, 2022
Xəbər sayı: 3491676
Humanitar yardım göstərmək üçün peşəsini tərk edən müsəlman həkim İmtiyaz Süleyman tərəfindən 1992-ci ildə "Hədiyyələrin Hədiyyəsi" Fondunun təsisindən bu yana Haiti və Suriya da daxil olmaqla 22 ölkəyə təxminən 10 milyon dollar yardım edilib.

"İQNA", xəbər verir ki, Afrika qitəsini mədənləri və yeraltı ehtiyatları sayəsində çoxlu investor cəlb edən dünyanın ən zəngin bölgələrindən biri kimi xarakterizə etmək olar. Lakin bu qitədə insanların çoxu bu sərvətdən bəhrələnməyib. Fasid dövlətlərin üzündən, Afrika qitəsində yoxsulluq əsas problemdir.

Cənubi Afrikadakı müsəlmanların bir çox təşkilatları var ki, onlardan bəziləri xeyriyyə təşkilatlarıdır. Beynəlxalq miqyasda da xidmətlərini göstərən bu qurumlardan biri də "Hədiyyələrin Hədiyyəsi" Fondudur.

Bu xeyriyyə təşkilatı 1992-ci ildə müsəlman həkim olan Dr. İmtiyaz Süleyman tərəfindən təsis edilib. Humanitar yardım göstərmək üçün peşəsini tərk edən bu müsəlman həkim Haiti və Suriya da daxil olmaqla 22 ölkəyə təxminən 10 milyon dollar yardım edilib.

4032686

Teqlər: müsəlman ، həkim ، fond ، xeyriyyə ، təşkilat
captcha