IQNA

Türkiyə xeyriyyə təşkilatları Qəzza xalqına Quran bağışlayıb

11:29 - February 03, 2022
Xəbər sayı: 3491679
Türkiyədəki bir xeyriyyə təşkilatı "Quran mənim hədiyyəm" layihəsi çərçivəsində Qəzzada məscidlər və Quran dərnəklərinə Quran nüsxələri hədiyyə edib.

"İQNA", "Yeni Şəfəq"-ə istinadən xəbər verir ki, Qəzza zolağında fəaliyyət göstərən Türkiyənin "Qazi Dəstək" qrupu çərşənbə axşamı Qəzzada məscidlərə və Quran dərnəklərinə bir sıra yeni Qurani-Kərim nüsxələrini hədiyyə edib.

"Qazi Dəstək" qrupunun Qəzzadakı nümayəndəsi Hani Sürəyya deyib ki, bu Quranların paylanması Fələstindəki Türk Vəqf İnstitutunun himayəsi ilə həyata keçirilən “Quran, hədiyyəm” layihəsinin davamıdır.

O, bildirib ki, bu layihəyə əsasən, 50 min Quran nüsxəsi Fələstində paylanır. Onun 20 000 nüsxəsi Qəzza zolağında, 30 000 nüsxəsi isə Qüds də daxil olmaqla İordan çayının qərb sahilində paylanır.

4033253

captcha