IQNA

Rağib Mustafa Ğəlvəş, "Quran muğamının Əflatunu"dur

Görkəmli misirli qiraət ustası Rağib Mustafa Ğəlvəş, Misirdə "Quran muğamının Əflatunu" və "qiraətin qızıl dövrünün ən gənc qarisi" kimi tanınır. Onun qiraətləri indi də dünyanın ərəb və islam radiolarında yayımlanır.

"İQNA", xəbər verir ki, Rağib Mustafa Ğəlvəş, 5 iyul 1938-ci ildə Misirin qərbindəki Tanta əyalətinin Birma kəndində anadan olub və Quran ailəsində böyüyüb. Atası onun ali təhsil almasını, yüksək vəzifələrə çatmasını istəyirdi. Bu oğlanın istedadı tezliklə çiçəkləndi və səkkiz yaşında kənd camaatı, xüsusən də Quran hafizləri arasında məşhurlaşdı.

14 yaşında onun gözəl səsi yaxınlıqdakı kəndlərə, oradan isə Misirin qərb əyalətinin paytaxtı Tanta şəhərinə yayıldı. Yaxınlıqdakı şəhər və kəndlərdə dini dərnəklərdə və mərasimlərdə oxumaq üçün ona çoxlu dəvətlər göndərilirdi.

Rağib Mustafa daha sonra Tanta şəhərindəki Əl-Əhmədi məscidində Quran tilavəti İnstitutuna gedib və ustad İbrahim Təblihidən Quran tilavətini öyrənib. Əbdül-Qəni Şərqavi və İbrahim Salam da onun müəllimləri olub. Ğəlvəş, uzun müddət Mustafa İsmayılın səsini təqlid edib. Onların səsləri çox oxşar idi.

O, 2016-cı il fevralın 4-də cümə axşamı səhər saatlarında 77 yaşında Misirdə vəfat edib. Onun cənazəsi doğulduğu şəhərdə əsr namazından sonra Misirin Birma kəndində torpağa tapşırılıb.

4032749

kod
Teqlər: Mustafa Ğəlvəş ، quran ، qiraət ، qari ، misir