IQNA

Brayl əlifbası ilə yazılmış ilk kamil Quran Tunisdə çap ediləcək

19:55 - February 05, 2022
Xəbər sayı: 3491686
Tunisin dini işlər nazirinə korlar üçün Brayl əlifbası ilə ilk kamil Qurani-Kərimin çapı prosesi haqqında məlumat verilib.

"İQNA", "Cövhərə"-yə istinadən xəbər verir ki, Tunisin dini işlər naziri İbrahim əl-Şaibi cümə axşamı, fevralın 3-də Əbsar Cəmiyyətinin Quran-ı Kərim Çap Mərkəzində olub. Qalun rəvayəti ilə bu ölkədə ilk dəfə çap edilən Brayl Quran haqqında ona məlumat verilib.

O, deyib ki, bu Quranlar korların Qurani-Kərimi oxumasına kömək etmək üçün ehtiyacı olan qurum və şəxslərə pulsuz paylanacaq.

Şaibi, Qurani-Kərimin bütün cüzlərinin çapını başa çatdırmaq üçün Qurani-Kərimin Baş İdarəsinə səlahiyyət verib.

Tunis Dini İşlər Nazirliyi daha əvvəl bəyan etmişdi ki, Qurani-Kərimə xidmət etmək və korların Allah Kəlamını oxumasını asanlaşdırmaq üçün Qalunun rəvayəti ilə Quranın 30-cu cüzünü Brayl əlifbası ilə nəşr etdirib.

4033672

Teqlər: brayl əlifbası ، quran ، tunis ، korlar ، çap
captcha