IQNA

Türkiyə məscidlərində Rəğaib gecəsi keçirilib

23:42 - February 05, 2022
Xəbər sayı: 3491687
Rəcəb ayının ilk cümə gecəsi ilə eyni vaxtda İstanbul və Türkiyənin digər şəhərlərinin məscidlərində "Ləylatul-Rəğaib" gecəsi qeyd edilib.

"İQNA", "Anadolu " Xəbər Agentliyinin ərəb bölməsinə istinadən xəbər verir ki, Fevralın 3-ü cümə axşamı axşam saatlarında İstanbulun Çamlıca, Ayasofya və Əyyub Sultan məscidlərinə çoxlu sayda vətəndaş və İstanbul sakini toplaşaraq, Rəğaib gecəsinə qatılıb.

Türkiyə Diyanət İşləri İdarəsi və İstanbul Darül-İfta da İstanbuldakı Əyyub Sultan məscidində ibadət mərasimi keçirib. Bu dini proqramda Qurani-Kərimdən ayələrin oxunması və bu gecə üçün xüsusi dualar edilərkən Təvaşih və sürud da oxunub.

Rəcəb ayının ilk cümə gecəsi münasibəti ilə bu məscidlə yanaşı Türkiyənin digər məscidlərində olduğu kimi İstanbulun digər məscidlərində də dini proqramlar keçirilib.

4033692

 

captcha