IQNA

İslami elmlərdə Quranın mehvəriyyəti mövzusunda konfrans keçirilib

10:47 - February 06, 2022
Xəbər sayı: 3491689
İranın Əlcəzairdəki Mədəniyyət Müşaviri və İmam Sadiq (ə) Universiteti ilə əməkdaşlıq çərçivəsində "İslami maarif və elmlərdə Quranın mehvəriyyəti" mövzusunda kiberməkanda konfrans keçirilib.

"İQNA", İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatına istinadən xəbər verir ki, bu elmi konfransda Əlcəzairin Əl-Batna Universitetinin İslamşünaslıq ustadı və əlcəzairli şiə alimi Nurəddin Əbu Lehyə, İmam Sadiq (ə) Universitetinin elmi heyəti və Quran mütəfəkkirləri və İranın Əlcəzairdəki mədəniyyət müşaviri iştirak edib. Onlar İslam və bəşəri elmlərdə Peyğəmbərin (s) əbədi möcüzəsi olan Qurani-Kərimin mehvəriyyətini müzakirə ediblər.

Əbu Lehyə əvvəldə Quranın elmdə mərkəziyyətinin mənasını açıqlamış və belə demişdir: "İslam elmlərində Quranın nüfuzu və mehvəriyyəti fiqh, kəlam, təfsir, hədis və irfan kimi İslam elmlərinin bütün sahələrində Quran mətnindən çıxarılan məfhumlara üstünlük verilməsi deməkdir."

Əbu Lehyə həmçinin qeyd etmişdir ki, həqiqi Quran müəllimləri kimi İmamların (ə) göstərişlərinə müraciət etmək Quranın məqsədlərinə çatmağın yeganə yoludur.

Nurəddin Əbu Lehyənin çıxışından sonra İmam Sadiq (ə) Universitetinin ustadları öz fikirlərini bildiriblər. Habelə ustad Əbu Lehyənin elmi və Qurani baxışlarını vacib sayaraq, ona təşəkkür ediblər.

4033964

Teqlər: quran ، islami elmlər ، konfrans ، imam ، elmi
captcha