IQNA

Nigeriyalı müsəlmanlar, hicablı qadınlara dəstək verməyə çağırır

20:59 - February 07, 2022
Xəbər sayı: 3491697
Nigeriyada bir qrup müsəlman qadın aktivist qrupları Nigeriya hökumətini hicablı qadınları qorumaq üçün qanunlar qəbul etməyə çağırıb.

"İQNA", "Onlayn tribuna"-a istinadən xəbər verir ki, Nigeriya Müsəlman Qadınlar Koalisiyasının üzvü olan müsəlman qadınlar hicabın vacibliyi ilə bağlı ictimaiyyəti məlumatlandırmaq üçün dünən paytaxt Abucada toplaşıblar.

Müxtəlif İslam təşkilatlarını təmsil edən bu qadınlar, həmçinin aidiyyatı dövlət qurumlarını hicablı qadınları zorakılıq, digər pis rəftar və ayrı-seçkiliyə məruz qalmaqdan qorumağa çağırıblar.

Mərasimdə çıxış edən koalisiyanın üzvü Məlamə Azizə Cibrin hicabın şərəf və qürur libası olduğunu bildirib. Buna görə də müsəlman qadının onu geyinməsi ibadətdir deyib.

4034470

Teqlər: nigeriya ، müsəlman ، hicab ، qadın ، dəstək
captcha