IQNA

Türkiyə Məclisinin sədrinin islamofobiya ilə mübarizə tələbi

10:12 - February 08, 2022
Xəbər sayı: 3491701
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop ayrı-seçkilik, irqçilik və islamofobiyaya qarşı konkret addımlar atmağa çağırıb.

"İQNA", "TRT"-nin Ərəb bölümünə istinadən xəbər verir ki, Türkiyə parlamentinin sədri bunu bazar ertəsi Türkiyə, Meksika, İndoneziya və Avstraliyanın da daxil olduğu Makta spikerlərinin yeddinci toplantısında videokonfransda deyib.

Şəntop bütün dünyada artan irqçilik, ksenofobiya, islamafobiya və İslama nifrətin artdığını əsas gətirərək vəziyyəti narahatedici adlandırıb.

O, bu hadisələrin cəmiyyətlərdə sülh və birlik üçün böyük təhlükə olduğunu vurğulayaraq əlavə edib: "İslamofobiya son 20 ildə irqçiliyin ən geniş yayılmış təzahürlərindən birinə çevrilib."

"Bütün dünyada dövlət və qeyri-hökumət mediasında bununla bağlı yalan və çaşdırıcı məlumatlar, İslama qarşı saxta xəbərlər dərc olunur", - deyə Şəntop bildirib.

O, qeyd edib ki, bu təhdidlər demokratiyanı, qanunun aliliyini və insan haqlarını pozan mürəkkəb və çoxşaxəli problemlərdir.

4034657

captcha