"İQNA", "Sputnik"-in Ərəb bölümünə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi açıqlama yayıb ki, zəvvarların sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədilə yeni tədbirlər həyata keçirilib.
Nazirlik məsələyə aydınlıq gətirərək deyib ki, Corona virusuna (Covid-19) və onun müxtəlif formalarına qarşı krallığın gördüyü tədbirlərlə bağlı səlahiyyətli orqanların hesabatına əsasən, bu ölkəyə gələn zəvvarlar - peyvənddən əlavə - xəstəliyin olmadığına dair dəlil təqdim etməlidirlər. Bu dəlilə, ölkəyə gəlməzdən 48 saat əvvəl alınmış PCR və ya mənfi antigen testi daxil ola bilər.
Nazirlik təsdiqləyib ki, bu addımlar 9 fevral 2022-ci il, çərşənbə günü səhər saat birdə başlayacaq.
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bildirib ki, "Mənşə ölkələrinin uşaqlarla bağlı qaydaları nəzərə alınmaqla, 8 yaşına çatmamış şəxslər bu qərardan azaddırlar".
Nazirlik elan edib ki, ikinci dozanı almasından üç ay keçmiş vətəndaşların gəlişi üçün üçüncü peyvəndin qəbulu tələb olunur. Bununla belə, 16 yaşdan kiçik qruplara və ya "Təvəkkəlna" tətbiqində qeyd olunan qruplara üçüncü dozanın vurulmasına ehtiyac yoxdur.
4034675