IQNA

Hindistan xalqı məktəb və universitetlərdə hicab qadağasına etiraz edib

18:17 - February 08, 2022
Xəbər sayı: 3491703
Hindistanın cənubundakı Karnataka əyalətinin yüzlərlə sakini tələbələrin hicab qadağasına etiraz edib.

"İQNA", "Russia Today"-ə istinadən xəbər verir ki, yüzlərlə hindistanlı bazar ertəsi (7 fevral) Karnatakanın iki şəhərində məktəb və universitetlərdə hicabın qadağan edilməsi qərarına etiraz edib.

Nümayişçilər əyalətin Ali Məhkəməsinin hicab qadağasının ləğvi və hicablı şagirdlərin məktəbə qayıtmasına icazə verib-verməməsinə qərar verməzdən əvvəl etirazçıların tələbini çərşənbə axşamı dinləməsini gözləyirlər.

Karnataka İslami Qızlar Təşkilatının direktoru Süməyyə Roşən, dünən keçirdiyi mətbuat konfransında qərarın ayrı-seçkilik xarakteri daşıdığını və Hindistan konstitusiyasında təsbit olunmuş hüquqlara zidd olduğunu bildirib.

4034740

Teqlər: hindistan ، xalq ، hicab ، məktəb ، universitet
captcha