IQNA

İndoneziyada halal məhsulların onlayn satışında 60 faiz artım olub

18:24 - February 08, 2022
Xəbər sayı: 3491706
İndoneziya Mərkəzi Bankının statistikası göstərir ki, keçən il Halal məhsullarının onlayn satışı keçən ilin eyni dövrü ilə müqayisədə 60%-dən çox artıb.

"İQNA", "Salam Gatoway"-a istinadən xəbər verir ki, İndoneziya Mərkəzi Bankı hesabatında 2021-ci ilin yanvar-oktyabr aylarında İndoneziyada halal məhsulların onlayn satışının 12,18 trilyon rupiyə (850 milyon dollar) çatdığını açıqlayıb. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 62% artım göstərir.

İndoneziyada halal ticarətində ən yüksək artım may ayında və keçən ilin Fitr bayramı ərəfəsində olub.

İndoneziya Milli Bankının prezidenti Perri Vargio bildirib ki, 2021-ci ilin oktyabr ayında halal məhsulların onlayn satış zənciri 62%-dən çox əhəmiyyətli artım göstərib.

4034829

captcha