"İQNA", "İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatı"-na istinadən xəbər verir ki, "Bengal Publishing"in aylıq 26-cı sayında Banqladeşdə benqal və ya ingilis dillərində nəşr olunan yeni kitablar təqdim olunur.
Ayətullah Əli Kərimi Cəhromi tərəfindən İmam Həsən (ə) barədə yazılmış və Məhəmməd Şəmim Hüseyn Mirzə vasitəsilə Benqal dilinə tərcümə edilmiş "Məhəmmədin (s) Reyhanəsi" adlı kitab "Kolna" elmi hövzəsinin nəşrləri tərəfindən şərh edilmişdir.
Müəllif bu kitabda İmam Həsən Müctəbanın (ə) həyatında baş verən hadisələri toplayıb.